Press "Enter" to skip to content

Ülvi Mehdiyev süni intellektin artan əhəmiyyətindən bəhs edib

Ülvi Mehdiyev çıxış edərkən

Son yeniləmə: 15 Fevral 2024 14:35

BAYRAQDAR MEDİA – 11-ci Dünya Hökumət Sammitində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Süni İntellektin Gələcəyi” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 15-də “ASAN xidmət”dən məlumat veirlib.

Bildirilib ki, “o, süni intellektin artan əhəmiyyəti, bu xüsusda yaratdığı imkanların şəffaf və etik qaydada istifadəsinin zəruriliyini vurğulayıb. Eyni zamanda süni intellektin istifadəsi ilə bağlı etik kodun tərtib olunmasının vacibliyi ifadə olunub. Həmçinin “ASAN xidmət”in 2024-2026-cı illər üçün idarəetmədə süni intellekt həllərinin tətbiqi ilə bağlı strategiya qəbul etdiyi diqqətə çatdırılıb. Ülvi Mehdiyev bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb”.

Məlumata görə, toplantıda Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Misir, Kolumbiya və Koreya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də, “Meta”, “Bloomberg” və “Microsoft” şirkətlərinin rəhbər heyəti çıxış edi.

Mission News Theme by Compete Themes.