Press "Enter" to skip to content

Qarabağ Peşə Hazırlığı Mərkəzinə mediatur

Mediatur zamanı

Son yeniləmə: 15 Fevral 2024 15:38

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bərdə şəhərində yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzinə mediatur təşkil edilib.

Bu barədə Agentlikdən məlumat veirlib.

Məlumata görə, media nümayəndələri işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün Mərkəzdə yaradılan şəraitlə tanış olublar: “Bildirilib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Mərkəz tərəfindən artıq61 nəfər ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru və kompüter operatoru, qənnadçı, şirniyyatçı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə hazırlıq kurslarına cəlb edilib”.

Qeyd edilib ki, ümumilikdə Mərkəzdəbu il ərzində 1000 nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub: “Qarabağ Peşə Hazırlığı Mərkəzində48peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata keçirilir”.

Mission News Theme by Compete Themes.