Son yeniləmə: 15 Fevral 2024 14:56
BAYRAQDAR MEDİA – Bolqarıstan parlamentində daha bir gərginlik yaranıb.
Radio Bolqarıstan xəbər verir ki, parlamentdə yaradılmış səkkizinci Müvəqqəti Komissiya Qleb Mişinin fəaliyyəti ilə bağlı faktları, Bolqarıstan vətəndaşlığı verilməsi istiqamətində qanunsuzluğa yol verilib-verilməməsini araşdıracaq.
Lakin Komissiya “Vazrajdane” partiyasının AB-nin “Dublin Qaydası”na uyğun olaraq fevralın 13-də təyyarə ilə Sofiyaya gələn 18 immiqrantın köçürülməsi ilə bağlı baş nazir Nikolay Denkov və baş nazirin müavini Mariya Gabrieli dinləmək təklifi rədd edilib.