BAYRAQDAR MEDİA – Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) növbəti TOEFL iBT imtahanı fevralın 17-də təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar: “Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan saat 09:00-da başlanacaq. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat Mərkəzin səhifəsində yerləşdirilib”.