BAYRAQDAR MEDİA – Bolqarıstanın Baş naziri Nikolay Denkov fevralın 15-i Nazirlər Şurasının Facebook səhifəsində vətəndaşların və KİV nümayəndələrinin suallarını cavablandıracaq.
Radio Bolqarıstan xəbər verir ki, Baş nazir canlı yayımda hökumətin gördüyü işlər barədə məlumat verəcək: “Hökumət yaranandan bəri N.Denkov hər ayın əvvəlində canlı yayımlar edərək, kabinetin işini izah edir, səlahiyyət müddətinin sonuna kimi onun prioritetlərini bəyan edir”.