BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevlə görüş keçirib. Görüşdə həmçinin Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, səfirliyin diplomatları və beynəlxalq təşkilatın əməkdaşları da iştirak ediblər.
Xəbəri Qazaxıstan səfirliyi yayıb.
Bildirilir ki, “tərəflər TDT çərçivəsində əməkdaşlığın aktual məsələlərini, türk dövlətlərin inteqrasiyasının perspektivlərini müzakirə ediblər, habelə 2024-cü ildə keçirilməsi gözlənilən tədbirlərə toxunublar. Alim Bayel xüsusilə Qazaxıstanın Türk Dövlətləri Təşkilatında sədrliyi çərçivəsində cari ilin payızında Astana şəhərində keçiriləcək və bir daha bütün türk dünyasını birləşdirəcək V Ümumdünya Köçəri Oyunlarının təşkil olunacağını qeyd edib”.
O da qeyd edilir ki, “öz növbəsində, K.Ömüraliyev TDT çərçivəsində cari layihələr haqqında söz açıb və Qazaxıstanın sədrliyi altında təşkilatın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib”.