Press "Enter" to skip to content

Səfir Bakı Ali Neft Məktəbində olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımovla görüşüb. Görüş zamanı humanitar əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Xəbəri fevralın 14-də səfirlik yayıb.

Xəbərdə bildirilir ki, “tərəflər Bakı Ali Neft Məktəbinin bazasında Qazaxıstan-Azərbaycan elmi-tədqiqat mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, belə bir mərkəz perspektivdə müxtəlif sahələrdə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün interaktiv meydançaya çevrilə bilər”.

Rektor Elmar Qasımov da öz nöbəsində “Bakı Ali Neft Məktəbinin tarixi, missiyası və planları haqqında söz açıb. O, təhsil ocağının təsis olunduğu andan nüfuzlu ali təhsil müəssisələri sırasına daxil olduğunu və Azərbaycanda mühəndislərin hazırlığında liderliyə sahib olduğunu qeyd edib”.

“Görüşün sonunda A.Bayel səmimi qəbula görə təşəkkür edib və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığa əminliyini bildirib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.