Press "Enter" to skip to content

Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək

Nazirlər Kabineti

BAYRAQDAR MEDİA – Prezidentin andiçmədən sonra vəzifəsinin icrasına başlaması ilə Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Lakin işlərin axsamaması üçün Prezident hazırkı tərkibi müvəqqəti olaraq işini icra etməsi ilə bağlı Sərəncam verib.

Prezidentin mətbuat xidməti bildirir ki, fevralın 14-də İlham Əliyev Sərəncam imzalayaraq Nazirlər Kabinetinin vəzifələrini icra etməsini uyğun görüb:

“Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Mission News Theme by Compete Themes.