BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı (MEK) qorunan kitablar içində Əməkdar elm xadimi, Prof. Məmmədağa Şirəliyevin müəllifi olduğu “Azərbaycan dialektologiyasının əsasları” nəşri də yer alır.
Kitab 2008-ci ildə “M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları” nəşri əsasında təkrar nəşrə hazırlanıb.
Nəşrdə Azərbaycan dialektləri və şivələrinin öyrənilməsi sahəsində görülmüş işlər elmi cəhətdən yekunlaşdırılıb və “Fonetika”, “Morfologiya”, “Sintaksis” və “Leksika” fəsillərinə ayrılıb. Türk dillərinin dialektlərinə dair bu vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq bu kitabda ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə olunub, Azərbaycan dili şivələrinin materialları qədim türk abidələri, müasir türk dilləri və onların dialektləri ilə əlaqədar şəkildə şərh edilib.
Qeyd edək ki, yalnız Azərbaycan dilçiliyi deyil, ümumiyyətlə, türkologiya üçün əhəmiyyətli olan bu kitab ali məktəblərin tələbələri üçün də qiymətli vəsaitdir.