BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İran dövləti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanına çatdıqdan sonra saxlayaraq sorğu-sual edib və sonra Çinə təhvil verib.
Xəbəri “Azad İran” Telegram kanalı “Azad Asiya” radiosuna istinadla yayıb.
Məlumata görə, Çin hökuməti Əbuhaşim Tursunu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfərinə görə 15 illik həbs cəzasına məhkum edib.
Bildirilir ki, o, ədviyyat alğı-satqısı sahəsində biznesini genişləndirmək qərarına gəlib və bu məqsədlə 2018-ci ildə İrana səfər edib.
Qeyd edək ki, Çin hökuməti Şərqi Türküstanda etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edib məcburi əmək düşərgələrinə sürgün edir.