BAYRAQDAR MEDİA – Rəşt şəhərində yaşayan Güney Azərbaycanlı milli fəal Vədud Əsədinin fars-molla rejimi tərəfindən tutulmasından bir həftə keçməsinə baxmayaraq o, hələ də həbsdədir.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, “milli fəalın yaxınları onun həbsi barədə deyiblər ki, Vədud Əsədinin həbsindən bir həftə keçib. Ailəsi dəfələrlə məhkəmə orqanlarına müraciət etsə də onun vəziyyəti ilə bağlı dəqiq məlumat almaq mümkün olmur. Buna görə də ailəsi olduqca narahatdır. Bununla yanaşı milli fəal öz vəkili ilə görüşdən və ailəsi ilə telefon danışığındann məhrum edilib”.