Press "Enter" to skip to content

Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir

Tədbirdən xatirə şəkli

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə 164 nömrəli tam orta məktəbin, 16 nömrəli texniki-humanitar liseyin, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, İncəsənət Gimnaziyasının bir neçə şagird və müəllimləri, həmçinin YAP Yasamal Rayon Təşkilatının rəhbərliyi iştirak edib.

Öncə MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək kitabın cəmiyyətdəki dəyərindən danışıb, Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə hər kəsi təbrik edib. O, müasir dövrdə PDF kitablardan istifadə olunsa da, onların kitab səhifələrinin yerini verməyini qeyd edib. Dünyada kitabdan gözəl nemət olmadığını deyən direktor, rəhbəri olduğu kitabxana haqqında da məlumat verib, ən qədim kitabın bu kitabxanada qorunduğunu diqqətə çatdırıb.

Sonra YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını kitab bağışlama günü münasibəti ilə təbrik edib.

Tədbirdə çıxış edən məktəb rəhbərləri, müəllimləri öz növbələrində tədbirə görə MEK rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir zamanı şagirlərlə sual-cavab keçirilib, onlara kitablar hədiyyə edilib. Həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda müəllim və şagirdlərin kitabxana ilə tanışlığı olub.

Mission News Theme by Compete Themes.