Son yeniləmə: 13 Fevral 2024 10:54
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi məşhur müğənni Mustafa Yıldızdoğanı denizlilərlə görüşdürüb. Tanınmış sənətçi minlərlə insanın iştirak etdiyi konsertdə sevilən mahnıları ilə qonaqlara unudulmaz gecə yaşadıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən konsertə Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan, MHP Denizli İl sədri Mehmet Ali Yılmaz, Mədəniyyət və Sosial İşlər Dairəsinin rəhbəri Hüdaverdi Otaklı, qonaqlar və minlərlə vətəndaş qatılıb. Yıldızdoğanın “Ölürüm Türkiyəm”, “Şəhidlər Ölmesin”, “Saçların”, “Kırmızı Alma” və bir çox digər əsərlərini minlərlə insan bir ağızdan oxuyub.
Zaman zaman duyğulu anlar yaşanan konsertə gələnlər MYıldızdoğanın mahnıları ilə unudulmaz bir gecə yaşayıblar.