Son yeniləmə: 13 Fevral 2024 08:54
BAYRAQDAR MEDİA – Bolqrarıstanda yeni hökumətin tərkibi martın 6-dan sonra reallaşacaq rotasiydan sonra bəlli olacaq.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, Prezident Rumen Radev Konstitusiyanın tələb etdiyi məsləhətləşmələri keçirəcək və hökuməti qurmaq mandatı ilk siyasi qüvvə olan GERB-ə təhvil verəcək.
Mariya Qabrielin Nazirlər Kabinetinə rəhbərlik etdiyi zaman xarici işlər naziri postunu saxlayıb-saxlamaması ilə bağlı mübahisəyə gəlincə, dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, nazirin kim olmasının əhəmiyyəti yoxdur, çünki “qərarları başqa yerlərdə başqa insanlar verir”.