Son yeniləmə: 13 Fevral 2024 13:19
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar ayı ərzində 70 min 269 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 80 min 32 müraciət olub.
Bu barədə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Məluamat görə, çağrı Mərkəzinə daxil olmuş müraciətlər əsasən operativ şəkildə cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun olaraq baxılması və nəticəsi barədə müraciət edən şəxslərə cavab verilməsi məqsədilə nazirliyin aidiyyəti strukturlarına təqdim olunub: “Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir”.