Press "Enter" to skip to content

Sadır Caparovdan ABŞ-a xəbərdarlıq

Sadır Caparov

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov ABŞ və digər ölkələri daxili işlərə qarışmamağa, ölkədə baş verən proseslərə obyektiv qiymət verməyə çağırıb. Sözügedən çağırış ABŞ dövlət katibi Antoni Blinkenə göndərilən cavab məktubunda qeyd olunub.

Veçerniy Bişkek xəbər verir ki, məktubda “həmçinin vurğulamaq istərdim ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə işləməyə hazırıq. Bircə arzum ölkəmizin daxili işlərinə qarışmamaqdır” sözləri də öz əksini tapıb.

Qeyd edək ki, A.Blinken bundan əvvəl Qırğızıstanın qeyri-hökumət təşkilatları (QHT-lər) haqqında qanuna baxmasından narahatlığını bildirmişdi.

Bu qanun layihəsinin hazırda Qırğızıstan parlamentində müzakirəsi davam edir.

Mission News Theme by Compete Themes.