Press "Enter" to skip to content

Nebi Hatipoğlundan Azərbaycanla bağlı önəmli açıqlama

Müsahibə zamanı

Son yeniləmə: 22 Fevral 2024 08:08

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə “Cümhur İttifakı”nın namizədi Nebi Hatipoğlunun seçicilərlə görüşləri davam edir.

Belə görüşlərin biri əsnasında, fevralın 11-də BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən N.Hatipoğlu maraqlı məqamlara toxunub.

Müsahibə zamanı Azərbaycanla bağlı əlaqələrə də toxunan N.Hatipoğlu konkret atmağa hazırlaşdığı addımların olduğunu deyib. O, qeyd edib ki, bələdiyyə sədri kimi qalib gələcəyi təqdirdə ilk atacağı addımlardan biri Ekişehirlə Azərbaycanın şəhərlərindən birini qardaşlaşdırmaq olacaq.

“Bu qardaşlaşma işğaldan azad edilmiş Azərbaycan rayon şəhərlərindən biri ilə ola bilərmi” sualına isə o, “niyə də olmasın” cavabını verib.

Qeyd edək ki, müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.