Son yeniləmə: 12 Fevral 2024 13:54
BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov fevralın 21-də Ağcabədi rayonunda sakinləri qəbul edəcək.
Nazirliyin məlumatına görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək: “Vətəndaşlar 12 – 16 fevral tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər”.