Press "Enter" to skip to content

Kitab tanıtma: “Muğamın meracı”

Muğamın meracı

Son yeniləmə: 12 Fevral 2024 18:43

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlər sırasında Lətifəxanım Əliyevanın “Muğamın meracı” kitabı da var.

Kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq artisti Alim Qasımov haqqında Azərbaycanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə A.Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi kəşf edib tanıya biləcək.

Kitabda yer alan yazılar “Sənətkara ehtiram”, “Şərqdən-Şərqə”, “Eşq yolunda”, “Alim Qasımov və Azərbaycan professional musiqisi”, “Tale yazısı” və digər başlıqlarda təqdim olunub.

Nəşrin elmi redaktoru Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Prof. Firəngiz Əlizadə, rəyçisi isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənlidir.

Mission News Theme by Compete Themes.