Press "Enter" to skip to content

Fars-molla rejimi daha bir Güney Azərbaycanlını həbs edib

Səid Dustan

Son yeniləmə: 15 Fevral 2024 19:32

BAYRAQDAR MEDİA – Bu gün İranı idarə edən fars molla rejimi Güney Azərbaycanlı milli fəal Səid Dustanı e-bildiriş vasitəsilə Ərdəbil şəhər Baş və İnqilab Prokurorluğuna çağırıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilir ki, Səid Dustana “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı elan edilib.

O da qeyd olunur ki, milli fəal sözügedən ittihamla həbs edilərək Tehranın Evin zindanına aparılıb.

Mission News Theme by Compete Themes.