Press "Enter" to skip to content

“Apatiya” ictimaiyyətə təqdim edilib

Təqdimat zamanı

Son yeniləmə: 12 Fevral 2024 10:57

BAYRAQDAR MEDİA – Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi “Apatiya” filmini ictimaiyyətə təqdim edib.

Bu barədə BAYARQDAR MEDİA-ya Park Cinema kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, “yaş həddi +18 olan, 500-600 nəfərin iştirak etdiyi filmin qala gecəsi “Flame Towers”də, Park Sinemada izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu”.

Məluamtda daha sonra deyilir: “Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “Apatiya” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olan yeganə filmdir. Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur. Bu dram, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.Bir ailənin faciəsindən bəhs edən bu film şəraitsiz evdə sevgisiz böyüyən Akifin həyatına işıq tutur. Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir. Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir”.

Mission News Theme by Compete Themes.