Press "Enter" to skip to content

Agentlikdən Bakı-Quba yolu ilə bağlı xəbər

AAYDA

Son yeniləmə: 12 Fevral 2024 13:54

BAYRAQDAR MEDİA – “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq fevralın 13-ü saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən yayılan məlumatda belə deyilir.

Qeyd edilir ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Mission News Theme by Compete Themes.