BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Novosibirsk Musiqili Teatrının (NMT) 65 illik yubileyində iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yubileyə dəvətlilər arasında Azərbaycanla yanaşı, Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Omsk, İrkutsk və Kemerovo), Özbəkistan və Belarusun mədəniyyət nümayəndələri, teatr kollektivləri və opera ifaçıları da olublar. Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar təqdim ediblər. Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb”.
NMT-nin direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-ci ildə Yekaterinburqda keçirilən Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək qiymətləndirib.