Press "Enter" to skip to content

Xəzər dənizində zəlzələ

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib

BAYRAQDAR MEDİA – Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə – Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Mission News Theme by Compete Themes.