Son yeniləmə: 9 Fevral 2024 15:39
BAYRAQDAR MEDİA – Bolqarıstanda Sofiya Şəhər Şurası səkkizinci cəhddə öz rəhbərini seçib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Prodaljavame promyanata” – Demokratik Bolqarıstan” /PP-DB/ -“Spasi Sofia”dan Tsvetomir Petrov üç aylıq müddətdən sonra Böyükşəhər Bələdiyyə Şurasının sədri seçilib.
Məlumata görə, Tsvetomir Petrovun namizədliyini bələdiyyə şurasının 47 üzvü dəstəklədiyi halda, “İma təkav narod” tərəfindən irəli sürülən Plamen Danailov -4, “Vazrajdane” partiyasının namizədi Emil Dimitrov isə 3 səs toplayıb: “Növbədənkənar yerli seçkilərdən qaçmaq üçün siyasi qruplar səsvermədən əvvəl Tsvetomir Petrovun bu ilin iyul ayına qədər Sofiya Şəhər Şurasının sədri vəzifəsində qalacağı, bundan sonra yeni sədrin seçiləcəyi barədə razılığa gəliblər”.