Press "Enter" to skip to content

Peşə liseylərində əməyin mühafizəsi tədbirləri artırılır

Peşə təhsilində görüləcək tədbirlərlə bağlı 81 əyalətə məktub göndərilib

BAYRAQDAR MEDİA – Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) peşə təhsilində iş sağlamlığı və təhlükəsizliyi ilə bağlı görüləcək tədbirləri artırmaq üçün 81 əyalətə məktub göndərib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata əsasən, Nazirlikdən göndərilən məktubda vurğulanıb ki, peşə liseylərində təhsil alan tələbələrin müəssisələrdə peşə hazırlığı və təcrübə keçməsi, emalatxana və laboratoriyalarda əməyin mühafizəsi tədbirləri “Əməyin mühafizəsi və təhlükəsizliyi haqqında” qanuna və digər müvafiq sənədlərə uyğun olaraq həyata keçirilməlidir.

Bundan əlavə, bu məsələ ilə bağlı yoxlamaların artırılması tələb olunub: “Vurğulanıb ki, peşə və texniki orta təhsil müəssisələrində rəhbər işçilər, müəllimlər və digər tərəflər əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı maarifləndirməni gücləndirməli, bu mövzuda aparılacaq araşdırmalara yüksək həssaslıq göstərməlidirlər”.

Mission News Theme by Compete Themes.