Press "Enter" to skip to content

Parlamentdə maska rejimi tətbiq olundu

İclas zamanı

Son yeniləmə: 9 Fevral 2024 15:38

BAYRAQDAR MEDİA – Qazaxıstan parlamentində maska rejimi tətbiq olunub. Səbəb isə artıq 15 deputatın COVID-ə yolxumasıdır.

Bunu Ulysmedia.kz xəbər verib.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, palatada koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyət yaranıb:“Baş sanitar həkimin 6 fevral tarixli sərəncamına uyğun olaraq, koronavirus infeksiyası ilə bağlı yaranmış əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar fevralın 7-dən parlamentin inzibati binasının ərazisində məcburi maska rejimi və digər qabaqlayıcı tədbirlər tətbiq edilib”.

Fevralın 7-dən etibarən iclaslar və digər kütləvi tədbirlər onlayn formata, yaxud maska rejiminə və sanitar normalara ciddi riayət olunmaqla keçirilir.

Mission News Theme by Compete Themes.