Son yeniləmə: 9 Fevral 2024 15:38
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın baş naziri Tələt Cəfərinin müvəqqəti seçki hökumətində xidmət edən iki nazirin vəzifədən azad edilməsi ilə bağlı təklifi parlamentə təqdim etdiyi açıqlanıb.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, T.Cəfəri parlamentdən hökumətdəki Alban Alyansının səhiyyə naziri Fatmir Meciti, həmçinin informasiya cəmiyyəti və dövlət idarəçiliyi naziri Azir Aliunun vəzifədən azad edilməsini, onların yerinə yeni adların təyin edilməsini istəyib. İlir Asaniyə səhiyyə naziri, Naim Bayramiyə isə informasiya cəmiyyəti və dövlət idarəçiliyi naziri vəzifəsi təklif olunub. Vəzifədən çıxarılması tələb olunan iki nazir Albaniya Alyansının sədri Arben Taravari-nin müxalifət bloku ilə birlikdə seçkilərdə iştirak etmək təklifini dəstəkləyib”.