BAYRAQDAR MEDİA – SCAT aviaşirkəti iyunun 8-dən etibarən Astana-Batumi marşrutu üzrə sərnişin daşımalaırnı həftədə 2 reys tezliyi ilə yeniləməyi planlaşdırır.
Bu barədə el.kz xəbər agentliyi xəbər verib.
Bildirilib ki, “nəqliyyat Nazirliyindən verilən məlumata görə, reyslər çərşənbə axşamı və cümə axşamı günləri “Boeing-737” tipli təyyarələrlə yerinə yetiriləcək. Sonradan uçuşların sayı yenidən artacaq. Bu il isə iyul ayından etibarən uçuşların tezliyinin həftədə 3 dəfəyə qədər artırılması gözlənilir. Yəni, sərnişinlər Astana-Batumi marşrutu ilə çərşənbə axşamı və cümə axşamı, eləcə də şənbə günləri gedə bilərlər, məlumatda deyilir”.
Məlumata görə, müntəzəm uçuşların açılması Qazaxıstan və Gürcüstan arasında turizm, mədəni və işgüzar əməkdaşlığın daha da inkişafına töhfə verəcək.