Press "Enter" to skip to content

3 gündə 15 mindən artıq ağac

15 mindən çox ağac əkilib

BAYRAQDAR MEDİA – Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov qeyd edib ki, fevralın 8-də Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4.7 hektar ərazidə 8 min 150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib. Xidmət rəisinin sözlərinə görə, son 3 gün ərzində Tovuz, Sabirabad, Şabran, Siyəzən, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Ağsu, Şəki, Zaqatala, Goranboy, Cəlilabad, Ağcabədi, Bərdə, Ağdaş, Daşkəsən, Gədəbəy, Samux və Qəbələ rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 14.4 hektar meşə fondu ərazisində 15 min 475 ədəd müxtəlif cinsli ağac əkilib, 350 kiloqram toxum səpilib”.

O bildirib ki, son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb və əkin prosesi hava şəraiti nəzərə alınmaqla növbəti günlərdə də davam edəcək.

Mission News Theme by Compete Themes.