Press "Enter" to skip to content

“Sivil Toplum” rəyini bu gün açıqlayacaq

Seçki

Son yeniləmə: 8 Fevral 2024 09:30

BAYRAQDAR MEDİA – Fevralın 7-də növbədənkənar prezident seçkisini və seçkiqabağı prosesi izləyənlər arasında “Sivil Toplum” Monitorinq Koalisiyası da olub.

Koalisiya müşahidələrin nəticələrini fevralın 8-də açıqlayacaq.

Bu barədə BAYARQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 15:30-da mətbuat konfransı keçiriləcək: “Mətbuat konfransında 07 fevral tarixində keçirililmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərinin nəticələri, Koalisiyanın seçki prosesində həyata keçirdiyi fəaliyyətlər, müşahidə prosesində toplanmış rəyləri əsasında ilkin nəticələri və əldə olunan faktlar barədə məlumat veriləcək. Həmçinin mətbuat konfransında “Sivil Toplum” Monitorinq Koalisiyasının bununla bağlı bəyanatı təqdim ediləcək”.

Mission News Theme by Compete Themes.