Press "Enter" to skip to content

Qırğızıstanla Türkiyə arasında əməkdaşlıq genişlənir

Son yeniləmə: 8 Fevral 2024 13:37

BAYRAQDAR MEDİA – Qırğızıstan Nazirlər Şurasının sədri Aklikbek Çaparov 8-10 fevral 2024-cü il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Qırğızıstan Milli Xəbər Agentliyinin (KABAR) verdiyi məlumata görə, A.Çaparov Türkiyə-Qırğızıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının (KEK) 11-ci Dövr Toplantısında iştirak edəcək.

Kırım Haber Ajansının məlumatına görə, səfər çərçivəsində A.Çaparov Qırğızıstan və Türkiyə arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı müzakirə edəcək: “Səfər çərçivəsində A.Çaparov dövlət qurumlarının rəhbərləri və iri müəssisələrin nümayəndələri ilə görüşəcək. Həmçinin o, sənaye, nəqliyyat, əczaçılıq və elektron ticarət sahələrində fəaliyyət göstərən müəssisələrin fəaliyyəti haqqında məlumat alacaq. Danışıqların yekununda hökumətlər arasında ikitərəfli sənədlərin imzalanması gözlənilir”.

Mission News Theme by Compete Themes.