Press "Enter" to skip to content

Qalib Ordu, Qalib Millət, Qalib Lider və Qalib Demokratiya

Güngör Yavuzaslan

Son yeniləmə: 8 Fevral 2024 10:43

Güngör Yavuzaslan: İşğaldan azad edilmiş Qarabağda bir demokratiya şöləninin, Zəfər şöləninin şahidi olduq

BAYRAQDAR MEDİA – “2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün qardaş ölkəyə gəlmişik. Bu tarixi seçkinin gedişini izləmək, özü də işğaldan azad edilmiş yerlərdə izləmək bir başqa xoşbəxtlikdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

O, qeyd edib ki, seçkinin gedişini Laçında müşahidə edib: “İşğaldan azad edilmiş Qarabağda bir demokratiya şöləninin, Zəfər şöləninin şahidi olduq. Seçkinin gedişi bizi olduqca məmnun etdi. Xalq, işğaldan sonra doğma yurdlarına qayıdan laçınlı seçicilər seçki məntəqəsinə bayram əhval-ruhiyyəsində gəldilər. Onu da qeyd edim ki, seçkinin azad, demokratik və şəffaf şəkildə keçməsi üçün lazım olan bütün addımlar atılmışdı. Bu baxımdan 7 fevral seçkisi həm də demokratiya şöləni olaraq tarixə düşdü”.

Müsahibimiz bildirib ki, “artıq biz Azərbaycanın timsalında Qalib Ordu, Qalib Millət, Qalib Lider və Qalib Demokratiyadan bəhs edirik. Bunun ən bariz nümunəsi də Qarabağda seçki məntəqələrinin qurulması, öz doğma ocaqlarına qayıdan azərbaycanlı bacı və qardaşlarımızın bu seçkidə mütəşəkkil şəkildə iştirakı idi. ”

G.Yavuzaslan deyib ki, bu seçki xarici beynəlxalq müşahidəçilərin çoxluğu, QHT təmsilçilərinin yüksək müşahidəçiliyi, o cümlədən çoxsaylı xarici media təmsilçilərinin çoxluğu ilə da yadda qalacaq.

Mission News Theme by Compete Themes.