Son yeniləmə: 8 Fevral 2024 13:38
BAYRAQDAR MEDİA – Bolqaristanda Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hökumət ortaqlaırnı iki yerə bölüb.
Bu barədə Radio Bolqarıstan məlumat yaylb.
Məlumata görə, “Prodaljavame promyanata” partiyasının həmsədri Kiril Petkov bildirib ki, kabinetdə rotasiya zamanı Nikolay Denkovu baş nazir kimi əvəzləyəcəyi gözlənilən Mariya Qabriel xarici işlər naziri vəzifəsini davam etdirməməlidir: “Mən baş nazir olmağın necə bir şey olduğunu bilirəm, bu, bütün nazirliklər üçün məsuliyyət daşımaq deməkdir və bu vəzifə o qədər ağırdır ki, birdən çox rolu yerinə yetirmək yaxşı deyil”.
Öz növbəsində Nova TV-yə danışan GERB-SDS-in deputatı Delyan Dobrev, “Rotasiyadan sonra kabinet məsələsinə aydınlıq gətirilmədi, daha əvvəl razılaşdırılan yeganə şey Nikolay Denkovun təhsil naziri olacağı idi” deyib.