Press "Enter" to skip to content

Böyük səs faizi ilə qazanılan qələbə

Hasan Öztürk

Son yeniləmə: 8 Fevral 2024 12:49

Hasan Öztürük: Bu, Azərbaycanda Qalib Xalqın Zəfər Seçkisi kimi tarixə düşdü

BAYRAQDAR MEDİA –“Fevralın 7-də Azərbaycanda tarixi seçki keçirildi. Xəbər verildiyi kimi seçkidə iştirak faizi yüksək olub və səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 77 faizə yaxını səsvermədə iştirak edib. Bu, olduqca mühüm və müsbət nəticədir”.

Bunu seçkilərin nəticəsini BAYRAQDAR MEDİA üçün dəyərləndirən qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürük deyib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycanda demokratiyanın bərqərar olduğunu göstərən iştirak nisbətidir: “Gözlənildiyi kimi bu seçkinin qalibi Ali Baş Komandan İlham Əliyev oldu. Seçkidə iştirak edənlərin 92 faizdən çoxu məhz ona səs veriblər. Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan bu seçkinin də qalibi kimi tarixə düşdü. Bu, böyük səs faizi ilə qazanılan qələbədir. Bu, xalqın mütləq əksəriyyətinin cənab İlham Əliyevi dəstəklədiyinin növbəti təsdiqidir. Bu baxımdan bu, Azərbaycanda Qalib Xalqın Zəfər Seçkisi kimi tarixə düşdü”.

H.Öztürk deyib ki, bu seçkidə Azərbaycan xalqı cənab İlham Əliyevə fövqəladə dəstək verdi, yüksək etimadı yenilədi: “Bundan sonra isə Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan yeni dövrə qədəm qoyur. Rusiyada və Amerikada keçiriləcək seçkilər fonunda Azərbaycan sakit, sabit inkişaf yolunu davam etdirəcək. Cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə yeni nailiyyətlər üçün inamlı addımlar atılacaq. Bu yolda qardaş Azərbaycan dövlətinə və xalqına uğurlar arzu edirəm. Demək istəyirəm ki, bu uğur, bu qələbə həm də türk dünyası üçün xüsusi önəm kəsb edir”.

Mission News Theme by Compete Themes.