Press "Enter" to skip to content

Boyko Borisov Sofiyada yeni yerli seçkilərin keçirilməsini tələb edir

Boyko Borisov

Son yeniləmə: 8 Fevral 2024 13:38

BAYRAQDAR MEDİA – Bolqarıstanın GERB partiyasının lideri Boyko Borisov jurnalistlərə açıqlama verib.

Radio Bolqarıstan xəbər verir ki, B.Borisov paytaxtda növbədənkənar yerli seçkilərin keçirilməsini tələb edib: “Mən Sofiyada yeni seçkilərin keçirilməsini istəyirəm. Seçkiləri satın almaq olarmı? Doğru deyil. Hələlik biz bilirik ki, seçkilər fleş-kartlarla manipulyasiya edilib” . B.Borisov Sofiya meri Vasil Terzievi və bələdiyyədəki əsas siyasi qüvvə olan “Prodaljavame promyanata” – Demokratik Bolqarıstan” /PP-DB/-“Spasi Sofia”nı iktidarsızlıqda ittiham edərək, Sofiyanın aylardır xaos içində olduğunu deyib”.

Mission News Theme by Compete Themes.