Press "Enter" to skip to content

“Məntəqələrdə jurnalistlərin fəaliyyəti üçün tam şərait yaradıldığını görürəm”

Mərkəzi Seçki Komissiyası

BAYRAQDAR MEDİA – “Seçici kimi qeydiyyatda olduğum məntəqədə səs verdim. Bundan sonra Mətbuat Şurası İdarə heyətinin üzvü kimi 5 ayrı-ayrı məntəqədə müşahidə aparıram. Məndən başqa Mətbuat Şurası İdarə Heyətinin digər üzvləri də seçki dairələrində və məntəqələrində olaraq, müşahidəçilik aparırlar. Həmkarlarımın və mənim apardığım müşahidələr deməyə əsas verir ki, jurnalistlərin səsvermə prosesini müşahidə etmələri üçün lazımi şərait yaradılıb”.

Bunu secki-2024.az saytına açıqlamasında Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Azər Həsrət qeyd edib ki, baş çəkdiyi 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 28, 29, 31, 32 və 35 saylı məntəqələrində nə vətəndaşlardan, nə jurnalistlərdən, nə də müşahidəçilərdən şikayət edən olmayıb. Məntəqələrin hamısında bildirilib ki, gələn jurnalistlərə çəkilişlər etmək, suallar vermək, müşahidə aparmaq üçün şərait yaradılıb və heç bir jurnalist məntəqədən narazı ayrılmayıb:

“Ümumiyyətlə isə məntəqələrdə bildirildi ki, müvafiq təlimatlara və qanunvericiliyə uyğun olaraq medianın seçki prosesini problemsiz işıqlandırması üçün maksimum şərait yaradılır. Məntəqələrdə o da bildirilib ki, onların özləri medianın prosesini mümkün qədər geniş və maneəsiz işıqlandırmasında maraqlıdırlar. Çünki bu, sıradan bir seçki deyil, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü şəraitində keçirilən Zəfər seçkisidir”.

MŞ təmsilçisi onu da deyib ki, müşahidə etdiyi məntəqələrin hamısında qələbəliklə rastlaşıb: “Bu isə ondan xəbər verir ki, seçicilər prosesə həvəslə gəlirlər”.

Mission News Theme by Compete Themes.