Press "Enter" to skip to content

Türkmənistandan Qırğızıstana qardaş yardımı

Yardım qatarı

Son yeniləmə: 6 Fevral 2024 12:07

BAYRAQDAR MEDİA – Fevralın 3-də Türkmənistandan Qırğızıstana qardaşlıq yardımı kimi 2 min ton maye qaz göndərilib.

Yardım Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun müvafiq tapşırığı əsasında göndərilib.

Bu barədə turkmenportal.com saytı məlumat yayıb.

Bildirilib ki, “Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Şopokovun dəmir yolu stansiyasında yardımı aparan yük qatarı karvanı qəbul edilib. Tədbirdə Türkmənistanın Qırğızıstandakı səfiri Nuri Qoliyev, Qırğızıstanın Energetika Nazirliyinin, Xarici İşlər Nazirliyinin, “Qırğıztransnefteqaz” dövlət müəssisəsinin, “NK Qırğızıstan Dəmir Yolu” şirkətinin dövlət nümayəndələri iştirak ediblər”.

Mission News Theme by Compete Themes.