Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan təsirli paylaşım

Recep Tayyip Erdoğanın paylaşımı

Son yeniləmə: 6 Fevral 2024 10:43

BAYRAQDAR MEDİA – Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdən bir il ötür. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan bununla bağlı öz X sosial şəbəkə hesabından olduqc atəsirli paylaşım edib.

Paylaşımda “Evi dağıdılan və ya istifadəyə yararsız vəziyyətdə olan son vətəndaşı təhlükəsiz evə gətirənə qədər işimizi davam etdirəcəyik” deyə xüsusi olaraq vurğulanıb.

R.T.Erdoğan paylaşımında bir il əvvəl baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin ağrılarının ilk günki kimi ürəkləri qırdığını bildirib.

Həyatını itirən 53 min 537 nəfərin hər birinə Allahdan rəhmət, yaxınlarına və türk millətinə başsağlığı diləyən R.T.Ərdoğan bunları yazıb: “Əsrin fəlakəti” nəticəsində xəsarət alan 107 mindən çox vətəndaşa bir daha “keçmiş olsun” deyirəm. Müalicəsi hələ də davam edən yaralılarımıza Allahdan şəfa diləyirəm. Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 əyalətimizdə baş verən dağıntılar həqiqətən də çox böyük idi. Belə böyük fəlakətlər, böyük iztirablar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. Allaha şükürlər olsun ki, xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Dövlətimiz bütün imkanları ilə dərhal hərəkətə keçərkən, Türkiyə bir ürək, bir bilək oldu, millətimiz zəlzələdən zərər çəkmiş qardaş-bacılarının yanına qaçdı, əsrin fəlakəti qarşısında əsrin birliyini nümayiş etdirdi. Torpağa verdiyimiz canları Fatihələrlə, dualarla, hüznlə yad edərkən, millətimizə verdiyimiz sözləri tutmaq üçün var gücümüzlə çalışırıq. Şəhərlərimizi tikib canlandırana və evi dağıdılan və ya yararsız hala düşmüş sonuncu vətəndaşı təhlükəsiz evə gətirənə qədər bu səyləri davam etdirəcəyik. Allah ölkəmizi, millətimizi bir daha belə fəlakətlərlə üzləşməsin, bizi belə sınaqlara məruz qoymasın”.

Bütün məktəblərdə 1 dəqiqəlik sükut elan olunacaq

Mission News Theme by Compete Themes.