Press "Enter" to skip to content

Qardaş ölkənin universitetlərində Azərbaycan dilinin tədrisi

Qardaş ölkədə Azərbaycan dili dərsi

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı Universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, fonetikası, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis – pedaqoq Mətanət Xudiyeva aparır. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən Özbəkistanın sözügedən Universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədi ilə Mərkəzin baş mütəxəssisi, alim M.Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub”.

Qeyd edək ki, tədris olunan Azərbaycan dili dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.