Son yeniləmə: 6 Fevral 2024 15:43
BAYRAQDAR MEDİA – Fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında (MŞ) “qaynar xətt” fəaliyyət göstərəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.
Xəbərdə deyilir ki, “Şuranın +994 12 441 3596 şəhər, +994 50 242 0991 və +994 55 789 8503 mobil nömrələri səsvermə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. Bundan başqa MŞ İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər”.
Qeyd edək ki, MŞ jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədi ilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.