Son yeniləmə: 6 Fevral 2024 15:36
BAYRAQDAR MEDİA – Fevralın 7-dən Bişkekdə bütün məktəb və uşaq bağçalarında real vaxt rejimində tədris bərpa olunacaq.
Bu barədə bulak.kg saytı məlumat yayıb.
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bişkek İstilik Elektrik Sstansiyasında qəza baş verib.Baş vermiş qəza ilə əlaqədar fevralın 2-dən fevralın 6-dək (sonrakı xəbərdarlığa qədər) paytaxtın bütün bələdiyyə təhsil təşkilatları onlayn tədrisə keçirilib: “Təhsil və Elm Nazirliyi bundan əvvəl də məlumat vermişdi ki, mülkiyyət formasından və idarə mənsubiyyətindən asılı olmayaraq, təhsil müəssisələrində otaq temperaturu 18 dərəcədən yuxarı olarsa, təhsil təşkilatları onlayn təhsilin ləğvi barədə avtonom qərar qəbul edə bilərlər.
Paytaxtdakı məktəb və uşaq bağçaları onlayn təhsilə keçib.