Press "Enter" to skip to content

Kitab tanıtma: “Sənətin Məcnunu”

Sənətin Məcnunu

Son yeniləmə: 6 Fevral 2024 15:54

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında müəllifi sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan “Sənətin Məcnunu” kitabı da var.

Əsərdə Xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edilir. Kitabda sənətkarın yaradıcılığının geniş təhlili ilə yanaşı, əsərlərinin siyahısı, onların yaranma tarixi, şəxsiyyətinə işıq salan xatirələr, poeziya nümunələri əksini tapıb.

Nəşrin əvvəlində Xalq rəssamının “Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu, alovlu poeziyasının böyük təsiri olub” sözləri verilib.

Kitabda həmçinin qeyd olunur: “S.Bəhlulzadə təkcə sənətin deyil, həm də Azərbaycanın əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun, adət-ənənəsinin Məcnunuydu. Dağlar, dərələr, laləli düzlər, Kəpəz, Murov, Xəzər, kəndlər, obalar, tənha bir ağac, uçan quşlar, bir sözlə, gözəl olan hər şey onun Leylisi idi. O, doğma Azərbaycanı qarış-qarış gəzən, onun hər oymağında, oylağında, dağında, dərəsində, Quzeyində, Güneyində bir məna tapan, gördüklərini ruhuna, yaddaşına köçürüb, sonra misilsiz tablolar yaradan dahi bir rəssam idi”.

Mission News Theme by Compete Themes.