Press "Enter" to skip to content

Kərkükdə siyasi gərginlik

Kərkük Vilayət Şurası

Son yeniləmə: 6 Fevral 2024 13:59

Türkmən və ərəb üzvləri Kərkük Vilayət Şurasının iclasını boykot edib

BAYRAQDAR MEDİA – Türkmənlərin və ərəblərin boykot etməsi səbəbindən Kərkük Vilayət Şurasının ilk iclası keçirilə bilməyib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, İraq Türkmən Cəbhəsi Kərkük Vilayət Şurasının üzvü Əhməd Remzi Köprülü Anadolu Ajansı müxbirinə verdiyi açıqlamada, tərəflər arasında yerli idarəetmə forması ilə bağlı razılaşma olmadığı üçün vilayət şurasının ilk iclasını boykot etdiklərini bildirib: “Sessiyadan əvvəl tərəflər arasında danışıqların başlamasını istəyən Ə.R.Köprülü Kərkükdə bütün tərəflərin daxil olduğu bir idarə görmək istədiklərini deyib.

Türkmən İl Məclisinin üzvü Sevsen Abdulvahit Ceddu da Kərkük yerli idarəsinin ən qısa zamanda qurulmasının vacibliyini vurğulayıb”.

Məlumata əsasən, bu məclisin Kərkükə və Kərkük xalqına ən yaxşı xidməti göstərmək anlayışı ilə qurulduğunu vurğulayan S.A.Ceddu, “Bizim prioritetimiz Kərkükün və Kərkük xalqının maraqlarıdır” deyib.
Xəbərdə qeyd edilir ki, mətbuata açıqlama verən Kürdüstan Vətənpərvərlər Birliyi İl Şurasının üzvü Rebvar Taha türkmən və ərəb üzvlərinin iştirak etməməsi səbəbindən iclasın baş tutmadığını bildirib. O, növbəti sessiyanın bütün tərəflərin iştirakı ilə keçiriləcəyinə ümid etdiyini deyib.

Mission News Theme by Compete Themes.