Press "Enter" to skip to content

Görkəmli aktrisanın xatirəsi anılıb

Anım tədbiri

BAYRAQDAR MEDİA – Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) kollektivi anadan olmasının 100 illiyi münasibəti ilə Xalq artisti Firəngiz Şərifovanın məzarını ziyarət ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ziyarət zamanı Mədəniyyət nazirliyinin müşaviri Oleq Əmirbəyov, teatrın quruluşçu rejissoru Nicat Kazımov, teatrın aktrisası Əməkdar artist Şəfəq Əliyeva, eləcə də F.Şərifovanın ailə üzvləri Xalq artistinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun keçdiyi sənət yoluna nəzər salıblar”.

Sonra xəbərdə, “O, 1960-cı ildən ömrünün sonunadək ADGTT-da aktrisa kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçıların dərin məhəbbətini qazanıb. Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 24 may 1960-cı ildə Azərbaycanın Əməkdar artisti, 25 dekabr 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2002-ci ildən Prezident təqaüdçüsü olub” deyə bildirilir.

Qeyd edək ki, F.Şərifova 2014-cü il, fevralın 20-də 90 yaşında vəfat edib.

Mission News Theme by Compete Themes.