Son yeniləmə: 6 Fevral 2024 11:26
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Qazaxıstanda hökumət istefaya göndərilib.
Bu arada isə ulysmedia.kz xəbər verir ki, Qazaxıstanın istefaya göndərilən hökumətinin keçmiş baş naziri Əlixan Smailov bu haqda açıqlama verib.
O, “bu gün dövlət başçısı Qazaxıstan Respublikası Hökumətinin istefasını qəbul edib. İlk növbədə, mən Prezident Qasım-Jomart Kemelulı Toqayevə çox çətin bir zamanda Qazaxıstan Respublikası Hökumətinə rəhbərlik etməkdə mənə göstərdiyi etimada görə dərin minnətdarlığımı bildirmək istərdim. Bu iki il cəmiyyət üçün dönüş nöqtəsi oldu. Dövlət başçısı yeni Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş ən mühüm siyasi və iqtisadi islahatların təşəbbüskarı oldu” deyib.
Məlumata əsasən, Ə.Smailov, həmçinin qeyd edib ki, hökumətin işi bu islahatların həyata keçirilməsinə və ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəlib: “Hökumətdəki bütün həmkarlarıma, o cümlədən deputat korpusuna birgə və səmərəli fəaliyyətlərinə görə səmimi təşəkkürümü bildirirəm. Əməyi ilə ölkəmizin inkişafına töhfə verən bütün qazaxıstanlılara təşəkkür edirəm”.