Press "Enter" to skip to content

Bütün məktəblərdə 1 dəqiqəlik sükut elan olunacaq

Məktəblərdə 1 dəqiqəlik sükut

Son yeniləmə: 6 Fevral 2024 10:42

BAYRAQDAR MEDİA – Bu gün qardaş Türkiyədə baş verən dəhşətli zəlzələlərdən bir il ötür. Türkiyənin hər yerində zəlzələ qurbanlarının xatirəsi yad edilir.

Eyni zamanda milli təhsil naziri Yusuf Tekinin imzası ilə 81 əyalətə “Zəlzələ şəhidləri üçün bir dəqiqəlik sükut”mövzusunda məktub göndərilib.

Türkgün Gazetesi xəbər verir ki, göndərilən məktubda 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirənləri xatirəsinin bütün əsas təhsil və orta təhsil müəssisələrində 1 dəqiqəlik sükutla anılacağı bildirilib.

Mission News Theme by Compete Themes.