Press "Enter" to skip to content

Şəfayət Avılbəyli: 7 fevral tarixi 44 günlük qələbəmizin pik nöqtəsi olacaq

Şəfayət Avılbəyli

Son yeniləmə: 5 Fevral 2024 16:20

BAYRAQDAR MEDİA – “Azərbaycan ərazi bötövlüyünün, suverenlyinin tam bərpasından və tarixi, şanlı qələbəsini təmin etdikdən sonra ölkəmizdə keçiriləcək prezident seçkisinin xüsusi əhəmiyyəti həm də dünyaya xalqımızın bir mesajı olaraq yayımlanacaq. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Azərbaycanın artıq bütün müstəvilərdə nəinki Qafqazda, Xəzər hövzəsi regionunda, Avropada, həmçinin bütövlükdə dünyanın maraq dairəsində 7 fevral seçkisi ilə bir daha tarix yazmasını təmin edəcəkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli bildirib.

Açıqlamasında növbədənkənar Prezident seçkisi ərəfəsində Azərbaycana qarşı aparılan müxtəlif xarici dairələrin destruktiv fəaliyyətlərinə də toxunan müsahibimiz deyib: “Əslində bu gün bəzi Avropa ölkələrinin Azərbaycan əleyhinə apardıqları qarayaxma məqsədli “siyasi” manipuliyasiyaları bizə tanışdır. İllərdir bu ədalətsiz qərarların şahidi olmuş, bu cür məkrli fəaliyyətlərə qarşı ikitərəfli və çoxtərəfli müstəvidə mübarizə aparmışıq. Həqiqətdir ki, xalqımız tarixən bu kimi haqsız, ədalətsiz qərarların dəfələrlə qurbanına çevrilmişdir. Lakin 44 günlük Zəfər tariximiz və ondan sonrakı hərbi-siyasi, diplomatik-siyasi fəaliyyətimiz artıq Azərbaycanın dünya çapında mühüm bir gücə sahib olduğunu sübut etdi”.

Ş.Avılbəyli bildirib ki, Azərbaycan torpaqlarını işğal edən, separat niyyətlərini gizlətməyən, şəhər və kəndləri viran qoyaraq yağmalayan erməni toplumuna tendensiyalı münasibət göstərən avropalılar qarşılıqlı münasibətlərdə davranış formullarını dəyişməyə məhkumdur: “Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatması, müharibə zamanı, eləcə də ondan sonrakı dövdə Xankəmizdə ikiyüz ildən çox üzü bəri kök salmış separatizmin kökünün kəsilməsi Azərbaycanın müstəqil siyasətinin, demokratik dəyərlərinin, suverenliyinin, praqmatik diplomatiyasının təzahürüdür və məncə, dünyada artıq bununla razılaşmalıdırlar”.

Müsahibimiz onu da vurğulayıb ki, 7 fevral prezident seçkisi Azərbaycanın yeni inkişaf strategiyasını, demokratik özülünü daha da gücləndirəcək: “Düşünürəm ki, xalqımız 7 fevralda şəhidlərimiz, qazilərimiz, əsgərilərimizlə bərabər tarixi qələbəmizin təminatçısının kim olduğunu bir daha nümayiş etdirməklə, cəmiyyətimizin monolitliyini göstərəcək. Xalqımız, seçkidə yüksək fəallıq və mütəşəkkilik nümayiş etdirməklə həm də beynəlxalq ictimaiyyətə layiqli bir mesaj verəcəkdir. Ümumiyyətlə, 7 fevral tarixi 44 günlük qələbəmizin pik nöqtəsi olacaq”.

Mission News Theme by Compete Themes.