Press "Enter" to skip to content

Məktəbdə sağlam psixoloji mühitlə bağlı görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə “Məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması” mövzusunda görüş keçirilib.

Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Tibb Universitetinin dosenti psixiatr Araz Manuçeri, məktəb direktorları və psixoloqlar iştirak ediblər. Görüş zamanı ümumtəhsil məktəblərində şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər barədə danışılıb”.

Görüşdə həmçinin qeyd edilib ki, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var.

Mission News Theme by Compete Themes.