Son yeniləmə: 5 Fevral 2024 12:54
BAYRAQDAR MEDİA – 2024-cü ilin 1-2 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Layihələrin idarəedilməsi” mövzusunda Audiovizual Şuranın əməkdaşları üçün təlim təşkil edilib.
Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilibv ki, “təlimdə iştirakçılara layihə anlayışı, maraqlı tərəflər, layihələrin idarə edilməsi prinsipləri, eləcə də layihə mühiti ilə bağlı mühüm məsələlər izah olunub. Eyni zamanda təlimdə toxunulan məsələlərlə bağlı qrup işi və rol oyunları təşkil olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb”.
Qeyd edilib ki, dövlət qurumları, özəl sektor və vətəndaş müraciətləri əsasında Mərkəz tərəfindən bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir: “Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər”.